06 Dekabr 2024
Kateqoriyasız

Mahir Emreli Şimali Makedoniyaya aparılmadı

“Dinamo”da çıxış edən Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Şimali Makedoniya “Şkupi”si ilə bu gün keçiriləcək cavab oyununu da buraxacaq.

İdmanxeber.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun zədəsi hələ sağalmayıb. Mahirlə yanaşı, digər zədəlilər Yosip Şutalo və Marko Bulat, həmçinin yeni sağalmış Bosko Şutalo da səfər oyunu öncəsi Zaqrebdə qalıblar.

“Şkupi” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43