08 İyun 2026
Dünya futbolu

“Yuventus” Sörlot üçün hərəkətə keçdi – Danışıqlar başladı

“Yuventus” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, Turin təmsilçisi bu məqsədlə Madrid “Atletiko”sunun forvardı Aleksandr Sörlotu hədəfə alıb. İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər arasında danışıqlar intensiv xarakter alıb.

Baş məşqçi Luçano Spalletti də norveçli futbolçunun transferini dəstəkləyir. Klubun oyunçuya uzunmüddətli müqavilə təklif etdiyi bildirilir.

Sörlot ötən mövsüm 20 qol vuraraq diqqət mərkəzinə düşüb. “Yuventus” yaxın həftələrdə rəsmi təklif göndərməyə hazırlaşır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43