Ötən mövsüm Türkiyə I Liqa təmsilçisi “Serikspor”da çıxış edən Sertan Taşkın karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçuçua ölkəmizdən maraq var. Premyer Liqada mübarizə aparan 2 klub Taşkını heyətinə qatmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Xatırladaq ki, Taşkının çıxış etdiyi “Serikspor” ötən mövsümü 17-ci sırada tamamlayıb və Türkiyə I Liqasını tərk edib. 28 yaşlı müdafiəçi ötən mövsüm komandasının heyətində bütün turnirlərdə 23 matçda çıxış edib.

