06 İyun 2026
Dünya futbolu

“Real” 150 milyona futbolçu transfer edir

“Real”ın prezidenti Florentino Peresin əsas transfer hədəfi PSJ-nin yarımmüdafiəçisi Vitinyadır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu portuqaliyalı futbolçu üçün 150 milyon avroya qədər vəsait ayırmağa hazırdır.

Vitinya ötən mövsüm Fransa Liqa 1-də keçirdiyi 29 oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43