05 İyun 2026
Ölkə futbolu

“Şəfa”nın baş məşqçisi açıqlandı – RƏSMİ

Premyer Liqaya vəsiqə qazanan “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bu vəzifəyə Zaur Həşimov təyin olunub. Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.

Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda “Zirə” klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43