05 İyun 2026
Dünya futbolu

“Arsenal” Barkola uğrunda yarışa qoşuldu

“Arsenal” PSJ-nin cinah hücumçusu Bredli Barkolanı transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi fransalı futbolçunun vəziyyətini yaxından izləyir. Klub rəhbərliyi yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Mikel Arteta Barkolanı komandanın əsas hədəflərindən biri hesab edir.

Mənbənin iddiasına görə, futbolçu ilə “Liverpul” da maraqlanır. PSJ isə hələlik oyunçunu satmaq barədə yekun qərar verməyib. Paris təmsilçisi yalnız sərfəli təklif gələcəyi halda transferə razılıq verə bilər.

Barkola ötən mövsüm PSJ-nin əsas heyət üzvlərindən biri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43