“Real” “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiorini heyətinə qatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 24 yaşlı futbolçunun nümayəndələri ilə artıq ilkin danışıqlara başlayıb.
İtaliyalı müdafiəçinin “kral klubu”nun əsas transfer hədəflərindən biri olduğu bildirilir. Onun bazar dəyəri 55 milyon avro qiymətləndirilir.

