Andoni İraola “Liverpul”un yeni baş məşqçisi olub.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis Mersisayd təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
43 yaşlı məşqçi bu postda mövsümün sonunda komandadan ayrılan Arne Slotu əvəz edəcək. İraola son olaraq “Bornmut”u çalışdırıb.

