“Yuventus”un müdafiəçisi Pierre Kalulu karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Manchester United fransalı futbolçunun transferində maraqlıdır.
Bildirilir ki, Turin təmsilçisi 25 yaşlı müdafiəçini yalnız 45 milyon avro qarşılığında satmağa razıdır.
Kalulu ötən mövsüm “Yuventus”un heyətində 49 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.

