13 İyun 2026
Dünya futbolu

Mbappe üçün gözlənilməz nəticə – Zəif futbolçu seçildi 

“Real”ın hücumçusu Kilian Mbappe müdafiə göstəricilərinə görə La Liqada mövsümün ən zəif futbolçusu olub.

İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard İspaniya çempionatında keçirdiyi 31 oyunda cəmi 6 müdafiə hərəkəti edib. Bu göstərici ilə o, La Liqada yer alan 344 futbolçu arasında sonuncu pillədə qərarlaşıb.

Müdafiə hərəkətlərinə topalma, uzaqlaşdırma, zərbələrin bloklanması və top kəsmələri daxildir. Siyahıda Mbappenin komanda yoldaşı Vinisius Junior da aşağı sıralarda yer alıb.

Buna baxmayaraq, Mbappe ötən mövsüm La Liqada 25 qolla bombardir olub və ardıcıl ikinci dəfə çempionatın ən məhsuldar futbolçusu adına yiyələnib.

Həmçinin o, “WhoScored” versiyasına görə Çempionlar Liqasının rəmzi komandasına daxil edilib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43