“Barselona”nın uzun müddətdir maraqlandığı Bernardo Silvanın gələcəyi ilə bağlı qərar hələ də açıqlanmayıb.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçunun meneceri Jorje Mendeş bildirib ki, yarımmüdafiəçi karyerası ilə bağlı yekun qərarını dünya çempionatından sonra verəcək.
Kataloniya təmsilçisi təcrübəli oyunçunu azad agent kimi heyətinə qatmaq istəyir. Klub rəhbərliyi bu transferi yay pəncərəsinin əsas prioritetlərindən biri hesab edir.
Bununla belə, Silvanın xidmətində başqa Avropa nəhənglərinin də maraqlı olduğu bildirilir.
Futbolçunun uğurlu çıxışı onun qiymətini daha da artıra bilər. Bu səbəbdən “Barselona” vəziyyəti diqqətlə izləyir.

