04 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted”dən növbəti transfer həmləsi

“Mançester Yunayted” yay transfer pəncərəsinə fəal başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qırmızı şeytanlar” artıq “Atalanta”nın yarımmüdafiəçisi Edersonun transferi ilə bağlı razılıq əldə edib. İngiltərə klubu bununla kifayətlənmək niyyətində deyil.

Rəhbərlik yayda daha bir neçə vacib transfer reallaşdırmağı planlaşdırır. Xüsusilə yarımmüdafiə və hücum xəttinə yeni oyunçuların cəlb olunması gündəmdədir.

Klubun bəzi futbolçularla yollarını ayıracağı da gözlənilir. Baş məşqçi Maykl Kerrik yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər etmək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43