04 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Millimizdə ciddi itki

Azərbaycan millisinin kapitanı Emin Mahmudov yoldaşlıq görüşündə meydana çıxa bilməyəcək.

İdmanxeber.az-a verilən məlumata görə, yığmamızın üzvünün ağrıları var. Bu səbəbdən də onun Maltaya qarşı oyunda forma geyinməsi gözlənilmir. Məşqçilər heyəti Mahmudovu risk etmək istəmədiyi üçün ilk matçda futbolçuya istirahət verəcək.

“Neftçi”nin kapitanının durumunun ciddi olmadığı bildirilir. Təcrübəli yarımmüdafiəçi Azərbaycan millisinin  San Marinoya qarşı görüşündə forma geyinəcəyi gözlənilir.

Xatırladaq ki, milimiz Avstriya toplanışı çərçivəsində ayın 5-də Malta, 9-da isə San Marino ilə qarşılaşacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43