05 İyun 2026
Dünya futbolu

“Barselona” Fati ilə bağlı qərarını gecikdirir

Ansu Fatinin “Monako”ya daimi transferi hələ də rəsmiləşdirilməyib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında bəzi detallar razılaşdırılmayıb. Kataloniya klubu müqaviləyə geri alma maddəsinin əlavə edilməsini istəyir.

“Barselona” rəhbərliyi futbolçunun gələcəkdə daha yüksək qiymətə satılacağı ehtimalını nəzərə alır. Bu səbəbdən transfer prosesində tələsmək istəmir.

“Monako” isə keçidi qısa müddətdə yekunlaşdırmağa çalışır. Tərəflərin yaxın günlərdə ortaq məxrəcə gələcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43