05 İyun 2026
Dünya futbolu

Bernardo Silva “Barselona”ya yaxınlaşır

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın transferinə ümidini itirməyib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu gələcəyi ilə bağlı yekun qərarı dünya çempionatından sonra verəcək. Onun əsas prioritetlərindən birinin “Barselona” olduğu bildirilir.

Kataloniya klubu maliyyə imkanlarını nəzərə alaraq transfer planı hazırlayır. Futbolçunun agenti Jorje Mendeş də prosesdə fəal iştirak edir.

Tərəflər arasında əlaqələrin davam etdiyi qeyd olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43