“Mançester Yunayted” “Real”in yarımmüdafiəçisi Orelyen Çuameni ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa nəhəngi yayda fransalı futbolçu üçün rəsmi təklif göndərə bilər. Buna baxmayaraq, Madrid klubu oyunçunu satmaq niyyətində deyil.
Florentino Peres Çuameninin komandanın vacib üzvlərindən biri olduğunu düşünür. Klub rəhbərliyi yalnız çox yüksək məbləğ qarşılığında mövqeyini dəyişə bilər.
Hazırda tərəflər arasında rəsmi danışıqların aparılmadığı bildirilir.

