05 İyun 2026
Dünya futbolu

Fernandeşin gələcəyi ilə bağlı qeyri-müəyyənlik

Bruno Fernandeşin “Mançester Yunayted”də qalacağı hələ də dəqiqləşməyib.

İdmanxeber.az-ın məlumatına görə, klubun icraçı direktoru Omar Berrada portuqaliyalı futbolçunun komandada qalmasını istədiklərini bildirib. Bununla belə, yarımmüdafiəçinin gələcəyi ilə bağlı müxtəlif iddialar səslənməkdə davam edir.

Fernandeş daha əvvəl klubdakı vəziyyətlə bağlı narazılığını gizlətməmişdi. Buna baxmayaraq, rəhbərlik onun komandanın əsas simalarından biri olduğunu düşünür.

31 yaşlı futbolçunun müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Klub onunla yeni anlaşma imzalamağa çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43