“Yuventus” “Bavariya”nın müdafiəçisi Kim Min-Jeni heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi koreyalı futbolçunun vəziyyətini yaxından izləyir. Klub yay transfer dövründə müdafiə xəttini gücləndirməyi planlaşdırır.
“Bavariya” isə hələlik yekun qərar verməyib. Almaniya klubu sərfəli təklif alacağı halda futbolçunun satışını nəzərdən keçirə bilər.
Kim Min-Jenin gələcəyi ilə bağlı qərarın dünya çempionatından sonra veriləcəyi gözlənilir.

