05 İyun 2026
Dünya futbolu

“Arsenal” Kroupi üçün üstün mövqedədir

“Arsenal” “Loryan”ın gənc hücumçusu Eli Junior Kroupinin transferində favorit hesab olunur.

İdmanxeber.az-ın məlumatına görə, PSJ futbolçu uğrunda mübarizədən geri çəkilib. Bu isə London təmsilçisinin işini xeyli asanlaşdırıb.

Mikel Arteta gənc forvardı komandanın gələcək layihəsinin vacib hissəsi hesab edir. Klub rəhbərliyi keçidi qısa müddətdə yekunlaşdırmaq niyyətindədir.

Fransalı futbolçunun da “Arsenal”a keçməyə müsbət yanaşdığı bildirilir. Tərəflər arasında danışıqlar davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43