Hazırda Malta ilə yoldaşlıq görüşündə qüvvəsini sınayan Azərbaycan millisi ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın Macarıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçın 7-ci dəqiqəsində Xəyal Əliyev zədələnib.
Oyunu davam etdirə bilməyən Əliyevi meydanı xərəkdə “Sabah”dakı komanda yoldaşları – Tellur Mütəllimov və Rəhman Daşdəmirovun köməkliyi ilə tərk edib.

