Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün növbəti matçına çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.
Qarşılaşma saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.

