06 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! İki futbolçu millimizin heyətindən çıxarıldı – SƏBƏB

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43