“Neftçi” yarımmüdafiəçisi ilə yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Cordan Rezabaladan gedir. Ekvadorlu oyunçu ilə bitən müqavilə müddəti uzadılmayıb. Yarımmüdafiəçi məşqçilər heyətinin gələcək planlarına daxil edilməyib.
Xatırladaq ki, Rezabala ötən yay komandaya qoşulmuşdu. O, “Neftçi” ilə bütün turnirlərdə 26 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə verib.

