“Qarabağ” yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, klubun futbolçusunu təmsil edən agentlik sosial şəbəkə hesabında yaydığı açıqlamada yeni anlaşmanın rəsmiləşdiyini bildirib.
Qeyd olunub ki, 25 yaşlı braziliyalı son mövsümlərdə komandanın əsas oyunçularından biri kimi həm Premyer Liqada, həm də avrokuboklarda uğurlu çıxışı ilə seçilib.

