06 İyun 2026
Dünya futbolu

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisini Vinçentso İtalyano çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə 2027/28 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə olub.

Qeyd edək ki, Vinçentso İtalyanonun son iş yeri ölkəsində “Bolonya” klubu olub. “Beşiktaş” isə Sergen Yalçınla yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43