“Bavariya” Frankfurt “Ayntraxt”ının futbolçusu Nataniel Braunu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi oyunçu ilə prinsipial razılıq əldə edib. Lakin klublar arasında aparılan danışıqlar istənilən nəticəni vermir.
“Ayntraxt” futbolçu üçün 60 milyon avro tələb edir. Almaniya çempionu isə bu məbləği ödəmək istəmir.
Buna baxmayaraq, “Bavariya” transferdən vaz keçməyib. Danışıqların davam etdiyi bildirilir.

