08 İyun 2026
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi – Premyer Liqa klubu yeni transferini açıqladı

Yeni mövsümdən Azərbaycan  Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, futbolçunun Bakı klubuna keçəcəyini ilk olaraq İdmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43