“Bavariya” PSV-nin yarımmüdafiəçisi İsmayıl Saibarini heyətinə qatmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb. Münhen klubu futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaq niyyətindədir.
Mərakeş millisinin üzvü son mövsümdə uğurlu çıxışı ilə diqqət çəkib. PSV rəhbərliyi də təklifə müsbət yanaşır. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
“Bavariya” rəhbərliyi yay pəncərəsinin əsas hədəflərindən birini reallaşdırmağa yaxındır

