“Tottenhem” müdafiə xəttini gücləndirmək üçün Yan Paul van Hekeni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu niderlandlı futbolçu üçün ikinci təklifini göndərsə də, “Brayton” onu rədd edib. İngiltərə təmsilçisi müdafiəçini heyətdə saxlamağa çalışır.
Van Hekenin müqaviləsinin son ilinə daxil olmasına baxmayaraq, klub yüksək məbləğ tələb edir. Futbolçu ilə “Liverpul” və “Nyukasl” da maraqlanır.
“Tottenhem” rəhbərliyi yeni təklif hazırlayır. Danışıqların yaxın günlərdə davam etdirilməsi gözlənilir.

