08 İyun 2026
Dünya futbolu

Serbiyalı hücumçu “Yuventus”u tərk edəcək

Duşan Vlahoviçin “Yuventus”dakı karyerası başa çatmaq üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi Corco Kyellini futbolçunun ayrılacağını təsdiqləyib. Serbiyalı hücumçunun bir neçə Avropa klubunun maraq dairəsində olduğu bildirilir.

Turin təmsilçisi artıq onun əvəzləyicisini axtarmağa başlayıb. Rəhbərlik transferdən gəlir əldə etməyi planlaşdırır. Vlahoviçin yeni komandasının yaxın həftələrdə müəyyənləşəcəyi gözlənilir.

Futbolçunun İngiltərə və İspaniyadan təkliflər aldığı iddia olunur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43