Lois Openda yay transfer pəncərəsində “Yuventus”u tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı hücumçu ilə “Monako”, “Ayntraxt” və “Nottingem Forest” maraqlanır. Futbolçu ötən mövsüm gözləntiləri doğrultmayıb. Turin klubu onun satışına müsbət yanaşır.
Tərəflər arasında ilkin təmasların başladığı bildirilir. Opendanın da daha çox oynaya biləcəyi komandaya keçmək istədiyi qeyd olunur.
Transferin yaxın həftələrdə sürətlənəcəyi gözlənilir.

