08 İyun 2026
Dünya futbolu

“Real” rekord təklifə hazırlaşır – 150 milyon 

Madrid “Real”ı “Bavariya”nın cinah oyunçusu Maykl Oliseni transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubunun futbolçu üçün 150 milyon avroluq təklif hazırladığı bildirilir. Fransa millisinin üzvü son mövsümdə göstərdiyi performansla Avropanın aparıcı klublarının diqqətini çəkib.

“Bavariya” isə futbolçunu satmaq niyyətində deyil. Almaniya təmsilçisi Oliseni gələcək layihəsinin vacib hissəsi hesab edir.

Buna baxmayaraq, Madrid klubunun marağı davam edir. Transfer yay pəncərəsinin ən səs-küylü keçidlərindən biri ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43