“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçusunu buraxmaq istəmədiyini bildirmişdik.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Marko Yankoviçdən gedir. Təcrübəli mütəxəssis komandadan ayrılmaq istəyən futbolçunu fikrindən daşındırmaq niyyətindədir.
Hazırda monteneqrolu oyunçunun təklifləri var. Ölkəsindən ciddi marağı olan Yankoviç Azərbaycandan ayrılmaq istəyir. Sərfəli təklifləri olan oyunçu Ağdam klubunu tərk etməyi düşünür.
Baş məşqçi Qurban Qurbanov isə onu buraxmaq niyyətində deyil. Təcrübəli mütəxəssis futbolçunu qərarından vaz keçirməyə çalışır.
Xatırladaq ki, Markonun klubu ilə bir illik müqaviləsi var. Təcrübəli oyunçu bu yaxınlarda komandada qalıb-qalmayacağı barədə suala konkret cavab verməyib.
O, 2022-ci ildən Ağdam təmsilçisində çıxış edir. Futbolçu cari mövsüm “Qarabağ” forması ilə 39 oyunda forma geyinib, 4 qol vurub və 3 assist edib.

