Kiprin “Aris” komandası “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan əvvəl Bakıda ilk məşqinə çıxıb.
İdmanxeber.az xəbər verir ki, axşam saatlarında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan hazırlıq prosesi bir saatdan çox çəkib.
Yalnız polşalı yarımmüdafiəçi Karol Struski fərdi şəkildə məşq edib.
Bu gün saat 20:30-da Limassol təmsilçisinin baş məşqçisi Aleksey Şpilevskinin mətbuat konfransı, saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
İyulun 28-də oynanılacaq “Neftçi” – “Aris” qarşılaşması saat 21:00-da start götürəcək. İlk matçda Kipr klubu 2:0 hesabı ilə qalib gəlib.