"Arsenal"ın lider futboçusuna çevrilən Aleksis Sançez zədələnib.
İdmanxeber.com-un məlumatına görə, millinin düşərgəsində xəsarət alan futbolçu baldır əzələsindən şikayətçidi.
Futbolçu bu zədəni DÇ-2018 seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya ilə matçda almışdı (1:1). Lakin Aleksis həmin matçı sona qədər oynadı.
Çilili futbolçunun "Arsenal"ın heyətində bu həftə keçiriləcək "Vest Bromviç"lə matçda forma geyə biləcəyi sual altındadı.