21 Dekabr 2024
Kateqoriyasız

“Arsenal” – “Çelsi” oyunu italiyalı hakimə həvalə edildi

UEFA Avropa Liqasının “Çelsi” – “Arsenal” finalının hakim təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, Bakıda keçiriləcək həlledici matç italiyalı FIFA refeisi Canluka Rokkiyə həvalə edilib.

29 may, 2019-cu il

UEFA Avropa Liqası, final

23:00 Çelsi (İngiltərə) – Arsenal (İngiltərə)

Baş hakim: Canluka Rokki

Yan xətt hakimləri: Filippo Meli, Lorenso Manyanelli

Dördüncü hakim: Daniele Orsato (hamısı İtaliya)

Video Assistant Referee (VAR): Massimiliano Irrati (İtaliya)

VAR köməkçiləri: Marko Quida (İtaliya), Şimon Marçinyak (Polşa)

VAR (Oyundankənar vəziyyət): Paveı Sokolniçki (Polşa)

Bakı. Bakı Olimpiya Stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43