“Leypsiq”in yarımmüdasfiəçisi Dani Olmo və Dominik Soboslai “Arsenal”ın hədəfindədir.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun skautları futbolçuların oyununu izləmək üçün Bundesliqanın 33-cü turunda “Bavariya” ilə “Leypsiq” görüşündə (3:1) iştirak edib.
Olmo bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Soboslai 44 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.