Dünyadan

“Arsenal”dan ilk transfer

Britaniya mətbuatı Londonun “Arsenal” klubunun yueni mövsüm üçün ilk transferini həyata keçirdiyi haqda yazıb. 

İdmanxeber.com-un məlumatına görə, “topçular” Almaniyanın “Nürnberq” klubunun hücumçusu Yosip Drmiçi rənglərinə bağlayıb.

“Sürix” klubunun yetirməsi olan 21 yaşlı futbolçunun keçidi yayda rəsmiləşəcək.

Qeyd edək ki, o, Bundesliqada “Nürnberq” fomrası ilə meydana çıxdığı 27 oyunda 26 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43