Kateqoriyasız

Foqts məşhur baş məşqçinin məsləhətçisi təyin olundu

Amerika Birləşmiş Ştatları Futbol Federasiyası AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib. 

İdmanxeber.com-un məlumatına görə, dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43