“Arsenal”ın yarımmüdafiəçisi Aaron Remzi zədələnib. Futbolçu Uels millisinin Andorrayla oynadığı matçda xəsarət alıb.
İdmanxeber.com-un məlumatına görə, Uels yığmasının baş məşqçisi Kris Koulmenin dediyinə görə, Remzinin ayaq biləyi çıxıb. Ancaq zədənin tam olaraq nə qədər ciddi olub-olmadığı hələ məlum deyil.