21 Dekabr 2024
Kateqoriyasız

“Aşdod”un futbolçusu “Qəbələ”də – RƏSMİ

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ”  heyətinə daha bir futbolçu qatıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022-2023-cü illər mövsümündən komandanın formasını geyinəcək. 25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli forma altında çıxış edəcək. Feras peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43