Dünya futbolu

“Aspirinlər” Bundesliqada ilk dəfə çempion oldu

“Bayer” Bundesliqanın 29-cu turunda çempionluğunu rəsmiləşdirib.

İdmanxeber.az məlumat verir ki, Leverkuzen klubu evində “Verder”i 5:0 hesabıyla məğlub edərək tarixində ilk Bundesliqa çempionluğunu qazanıb.

Xabi Alonso məşqçilik karyerasının 2-ci ilində ilk titulunu əldə edib. İspaniyalı mütəxəssisin komandası bu mövsüm daha 2 kubok qazana bilər.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43