Bilbao “Atletik”in futbolçusu Oskar de Markos “İnter”lə baş tutan ilk görüşü şərh edib.
İdmanxeber.com-un məlumatına görə, o, matç haqda bunları deyib:
“Beş müdafiəçi ilə mübarizə aparan komandaya qarşı oynamaq asan deyildi. Amma biz hər çətinliyə rəğmən iki cavabsız qolla qalib gəlməyi bacardıq. Yaxşı ki, qol buraxmamağa da nail olduq. Çünki belə pley-off qarşılaşmalarında bu, çox vacibdir. Fikrimcə, “İnter” cavab oyununda qol vurmağa çalışacaq. Belədə, onlar daha çox boşluqlar buraxacaqlar. Bu isə bizə qol vurmaq üçün şans yaradacaq”.