08 Sentyabr 2024
Ölkə futbolu

“Atletiko” Azərbaycanı təmsil etməkdən qürur duyur”

“Atletiko”nun prezidenti Enrike Sereso Madrid klubunun Bakı səfəri ilə bağlı təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun rəhbəri Azərbaycan xalqının “Atletiko”nun uğurunun bir hissəsi olduğunu söyləyib:

“Bakı”nın prezidenti Hafiz Məmmədova bizi yüksək səviyyədə qəbul etdiyi üçün təşəkkür edirəm. Fəxr edirəm ki, Azərbaycanın Respublika günündə burada çempionluq kubokunu nümayiş etdiririk.  Azərbaycana əməkdaşlıq üçün təşəkkürümü bildirirəm.  Biz də Azərbaycanı təmsil etməkdən qürur duyuruq.

“Real”a bəxt amilinə görə Çempionlar Liqasının finalında uduzduq, amma İspaniya çempion olduq. Buna görə futbolçulara və məşqçilərə təşəkkür edirəm.  Bütün Azərbaycan xalqı bu uğurun bir hissəsidir. Azərbacan prezidenti İlham Əliyevə göstərdiyi diqqətə görə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43