“Atletiko” (Madrid) klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Klubun rəsmi saytının yaydığı xəbərə görə, Madrid təmsilçisi Xuan Fransisko Torreslə müqavilənin müddəti 2017-ci ilin may ayına qədər uzadıb.
İmzalanmadan sonra 28 yaşlı yarımmüdafiəçi komandasına ona güvəndiyi üçün təşəkkürünü bildirib: “Bu formanı uzun illər geyindiyim üçün xoşbəxtəm. Azarkeşlərə ən yaxşı oyunumu göstərmək bu həyatda əsas məqsədlərimdən biridir”.
Xatırladaq ki, Xuanfran 2011/2012 mövsümünün əvvəlində “Osasuna”dan 4 milyon 250 min avroya “Atletiko”ya transfer olunub.
Qeyd edək ki, klubun qarşıdakı günlərdə Arda Turanla müqaviləni yeniləcəyi gözlənilir.