“Atletiko”nun futbolçusu Dieqo Kosta klubu ilə müqaviləsinin vaxtını uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, braziliyalı hücumçu 2018-ci ilə qədər Madrid təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Kosta ötən mövsüm İspaniya La Liqasında komandası ilə 31 oyunda iştirak edib və 10 qol vurub.