ATV telekanlının idman xəbərlərinin aparıcısı İlkin Xəlilov AFFA-nı sərt tənqid etdiyi üçün təzyiqlərlə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə çoxsaylı futbol azarkeşləri, futbol ictimaiyyətinin nümayəndələri, habelə media işçiləri etdiyi paylaşımlarla Xəlilova dəstək olmağa çalışır. Belə ki, milli komandamızın Avro-2020-dəki uğursuz çıxışını, eləcə də AFFA-nı haqlı olaraq tənqid edən Xəlilov məhz sözügedən sujetə görə təzyiqlərlə üzləşib.
Həmkarımız saytımıza açıqlamasında əlavə şərh vermək istəmədiyini və və bütün suallara bazar ertəsi aydınlıq gələcəyini bildirdi.