“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Azərbaycan matçı idarə edəcək hakimlər müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Sofiyada baş tutacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Tomas Boqnar olacaq. Ona həmyerliləri Peter Beretyan və Qabor Eros köməklik edəcək. Teodoros Georgiu isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də “Vasil Levski” stadionunda keçiriləcək Bolqarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.