2016-ci ilin yayında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçı komandaları müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, son 4 komandanın kimliyinə pley-off oyunlarından sonra aydınlıq gəlib.
Qeyd edək ki, Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.
Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 komanda:
Meydan sahibi: Fransa
Qrup birinciləri: Çexiya, Belçika, İspaniya, Almaniya, İngiltərə, Şimali İrlandiya, Avstriya, İtaliya, Portuqaliya
Qrup ikinciləri: İslandiya, Uels, Slovakiya, Polşa, İsveçrə, Rumıniya, Rusiya, Xorvatiya, Albaniya
Ən yaxşı qrup üçüncüsü: Türkiyə
"Play-off"un qalibləri: Macarıstan, İrlandiya, Ukrayna və İsveç