Basketbol üzrə Avroliqada 18-ci tur dünən keçirilən 5 qarşılaşmayla start götürüb.
İdmanxeber.az-ın məlumatına görə, son 4 oyunda qalib gələn “Fənərbağça” Şaras Yasikeviçyus rəhbərliyində ilk dəfə məğlub olub. İstanbul klubu evində “Srvena Zvezda”ya 76-85 hesabıyla uduzub. Görüşdə ən məhsuldar oyuncu 24 xal və 6 ribaundla Coel Bolomboy olub.
Digər oyunlarda bu nəticələr qeydə alınıb:
Jalgiris 77-71 Alba Berlin
Makkabi Təl-Əviv 93-83 Monako
Olimpiakos 79-74 Olimpiya Milano
Partizan 90-77 Asvel